QR CodeQR Code

"İran rəhbərinin bəyanatı İranın qanuni hüquqlarını tanıyan danışıqlara dəvət idi"

9 Feb 2013 10:37

IslamTimes - "Foreign Police" Ayətullah Xameneinin ABŞ-a rədd cavabını İranın qanuni hüquqlarını tanıyan səmimi müzakirələrə dəvət kimi dəyərləndirib.


"IslamTimes" xəbər verir ki, Amerikanın "Foreign Police" nəşriyyəsi İran İslam İnqilabı rəhbərinin ABŞ-ın birbaşa danışıqlar təklifinə rədd cavabı haqda yazıb. Bu nəşriyyə uyğun cavabı İranın qanuni hüquqlarını tanıyan səmimi müzakirələrə dəvət kimi dəyərləndirib.

Xatırladaq ki, İslam İnqilabı rəhbəri Hərbi Hava Qüvvələri ilə görüş zamanı ABŞ rəsmilərinin birbaşa danışıqlar təklifinə münasibət bildirərək demişdi: "ABŞ rəsmilərinin son çıxışları bizim üçün yeni deyil və bundan öncə də bir neçə dəfə təkrarlanmışdı. İran xalqı isə hər dəfə ABŞ-ın dildə deyil, əməldəki rəftarlarını gözdən keçirərək, onların təklifini cavablandırıb."

Ayətullah Xamenei sözlərinin davamında ABŞ-a müraciətlə deyib: "Müzakirələr Xoş niyyəti sübuta yetirmək üçündür. Amma siz qərəzli niyyətlərinizi gerçəkləşdirmək üçün onlarla işə əl atırsınız, sonra da dildə "müzakirələr" deyirsiniz. İran xalqı sizin xoş niyyətli olduğunuza inana bilərmi?!"

Foreign Police bu gün İranın nüvə enerjsi ilə bağlı yaranmış problemlərin qeyri-təbii tələblər səbəbindən ortaya çıxdığını yazıb. Nəşriyyə bildirib ki, NPT sazişi əsasında hər bir ölkə istənilən qədər zənginləşdirilmiş uranı sahib ola bilər. Amma 5+1 ölkələri NPT sazişindən kənara çıxaraq İrandan qeyri-təbbi istəklərinə boyun əyməyi istəyir.


Story Code: 238298

News Link :
https://www.islamtimes.org/az/news/238298/iran-rəhbərinin-bəyanatı-iranın-qanuni-hüquqlarını-tanıyan-danışıqlara-dəvət-idi

Islam Times
  https://www.islamtimes.org