QR CodeQR Code

Mark Dankof: Amerikalılar ABŞ-ın təcavüzkar xarici siyasətinə etiraz etməlidirlər

Islamtimes , 10 Feb 2013 14:15

İslamtimes - Siyasi şərhçi deyib ki, əgər Amerika xalqı ABŞ-ın təcavüzkar siyasətinə qarşı etiraz etməsə, bu zaman ABŞ İsrailin təsiri ilə təcavüzkar xarici siyasətini davam etdirəcək.


islamtimes.org/az/ - Mark Dankof deyib: “Nə qədər ki, Amerika xalqı ayağa qalxıb biz İsrailin, beynəlxalq bankların, neft istehsalçılarının ölkənin xarici siyasətini idarə etməsini, bizi daha çox borcun içinə atmasını və bizi daha çox müharibəyə cəlb etməsinin dayandırmasını tələb etməyincə bu vəziyyət davam edəcək.”

Amerikalı şərhçi həmçinin ABŞ vitse prezidenti Joe Bideninin İran ilə birbaşa danışıq təklifinə toxunaraq deyib ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi hər cür sanksiya və təziqlərə nəzərə alaraq onun bu təklifinin səmimi olmadığını deyə bilərik.

Dankof deyib: “ABŞ İsrailin təhriki ilə İran hökumətinə qarşı müharibə xarakterli münasibət göstərməkdədir.”

O əlavə edərək deyib: “ABŞ-ın əsas tələbi budur ki, İran bütün növ beynəlxalq qanunlara riayət etməli və təftiş və yoxlamalara icazə verməlidir, ancaq məsələ İsrailə gəldikdə isə İsrail bu qanunlar müqabilində istədiyi kimi davranmaqda azaddır.”

2 Fevralda Almaniyada keçirilən 49-cu Munhen Təhlükəsizlik Konfransında Biden deyib ki, Vaşinqton İran ilə nüvə enerji proqramı məsələsində birbaşa danışıqlar aparmağa hazırdır.

Buna cavab olaraq isə İslam İnqilabının Rəhbəri Ayətullah Seyyid Əli Xamenei danışıq təklifini rədd etmiş və bildirmişdir ki, təziq və təhdid altında heç bir vaxt ABŞ ilə danışıqlar olmayacaq.


Story Code: 238563

News Link :
https://www.islamtimes.org/az/news/238563/mark-dankof-amerikalılar-abş-ın-təcavüzkar-xarici-siyasətinə-etiraz-etməlidirlər

Islam Times
  https://www.islamtimes.org