QR CodeQR Code

Yəmənlilər ABŞ əleyhinə etiraz nümayişləri keçiriblər

Islamtimes , 10 Feb 2013 14:27

İslamtimes - Yəmənlilər Səəda şəhərində Vaşinqtonun və onun müttəfiqlərinin ölkənin daxili işlərinə qarışmasına qarşı etiraz əlaməti olaraq anti-ABŞ nümayişləri təşkil ediblər.


islamtimes.org/az/ - “Amerikaya Ölüm” və “İsrailə Ölüm” şüarları səsləndirən yəmənlilər cümə günü Səəda şəhərinin küçələrinə axışaraq ABŞ-dan Yəmənin daxili işlərinə qarışmaqdan əl çəkməyi tələb etmiş və insanları milli birliyə dəvət etmişdilər.

Etirazçılar daha sonra Amerika hərbi dəniz donanmasının Yəməndən çıxarılmasını tələb ediblər. Onlar həmçinin xeyli dinc vətəndaşın ölümünə səbəb olan ABŞ-ın raket hücumlarına son verməsinin tələb ediblər.

Etirazçılar Vaşinqtonu iki il əvvəl baş vermiş inqilabın tələblərinin həyata keçirilməsinə imkan verməməkdə ittiham etmiş və bildirmişdilər ki, ABŞ ölkədə hakimiyyəti müxalifət və sabiq diktator Əli Abdullah Salehin tərəfdarları arasında bölüb.

Yəməndə etirazçıların bir ilə yaxın davam edən etiraz nümayişlərindən sonra 33 il ərzində Yəməni idarə etmiş Saleh 2012 fevral ayında hakimiyyətdən devrildi.

Ancaq yəmənlilər bildirilər ki, inqilabın qələbəsindən sonra ölkədə heç bir müsbət dəyişilik olmamış və onların tələbləri yerinə yetirilməmişdir, çünki hakim vəzifələrdə hələ də Salehə və onun ailəsinə yaxın olan şəxslər xidmtə edir.

Yəmənlilər Yəməndə bütöv hakimiyyət dəyişiliyi olmayan qədər öz etirazlarını davam etdirəcəklərinə söz veriblər.


Story Code: 238569

News Link :
https://www.islamtimes.org/az/news/238569/yəmənlilər-abş-əleyhinə-etiraz-nümayişləri-keçiriblər

Islam Times
  https://www.islamtimes.org