QR CodeQR Code

Münafiqlər təşkilatına hücum oldu

11 Feb 2013 13:25

IslamTimes - İraqda özünü "Xalq Mücahidlər Təşkilatı" adlandıran münafiqlərin düşərgəsinə hücum nəticəsində 7 nəfər ölüb, 50-yə yaxın adam yaralanıb


İraqın paytaxtı Bağdad şəhərinin 15 kilometr qərbində yerləşən İran hökumətinə müxalif münafiq "Xalq Mücahidləri Təşkilatı" üzvlərinin qaldığı düşərgəyə hücum edilib. APA-nın məlumatına görə, İraq polisi Bağdad Beynəlxalq Hava Limanının yaxınlığındakı ABŞ-ın köhnə hərbi bazası “Camp Liberty”yə (“Azadlıq”) təşkil olunan hücumda 7 nəfərin öldüyünü, 50-yə yaxın adamın yaralandığını açıqlayıb. Yerli saatla 05:30-da təşkil edilən hücum zamanı top və “Katyuşa” raketlərindən istifadə edildiyi bildirilir.
 
Qeyd edək ki, Bağdadın 70 kilometr şimal-şərqindəki “Əşrəf” düşərgəsində məskunlaşan münafiqlər İraq xalqının düşərgə qarşısında etiraz aksiyaları keçirməsi səbəbindən İraq hökumətinin qərarı ilə ABŞ-ın köhnə hərbi bazası “Camp Liberty”yə köçürülüblər.  
 
1979-cu il İslam inqilabından sonra "Xalq Mücahidləri Təşkilatı" İrandakı yeni rejimi hədəf alıb, çoxlu sayda hücum həyata keçirərək yüzlərlə körpə, qadın, qocanı qətlə yetirib və İraq-İran müharibəsi zamanı vətənlərinə xəyanət edərək Səddam Hüseyn rejimi ilə əməkdaşlıq edib.


Story Code: 238820

News Link :
https://www.islamtimes.org/az/news/238820/münafiqlər-təşkilatına-hücum-oldu

Islam Times
  https://www.islamtimes.org