0
Tuesday 12 February 2013 - 00:13

Çin ABŞ-ı ilk dəfə geridə qoydu

Story Code : 238980
Çin ABŞ-ı ilk dəfə geridə qoydu
Çin beynəlxalq ticarət dövriyyəsində ilk dəfə olaraq ABŞ-ı geridə qoyub. 2012-ci ildə ümumdünya ticarətində rəsmi Pekin ən çox qazanan ölkə olub. Ötən il Amerika Birləşmiş Ştatları idxal və ixracdan 3,82 trilyon dollar gəlir əldə etdiyi təqdirdə, Çin Xalq Respublikası 3,87 trilyon dollar qazanıb.
 
Qeyd edək ki, Çin dövlətinin rəsmi məlumatına görə, ölkənin il ərzində iqtisadiyyat dövriyyəsinin həcmi 51,93 trilyon yuan (8,3 trilyon dollar) təşkil edib.
Comment