0
Tuesday 12 February 2013 - 00:47

Kərzai: ABŞ Taliban ilə mübarizəni dayandırıb

Story Code : 238990
Kərzai: ABŞ Taliban ilə mübarizəni dayandırıb
Kərzai: ABŞ Taliban ilə mübarizəni dayandırıb
Əfqan prezidenti Hamid Kərzai deyib ki, ABŞ Talibana qarşı döyüşləri dayandırıb.

Əfqan mediasının verdiyi məlumata görə o bu açıqlamanı şənbə günü Əfqan İslam Alimləri Şurasının üzvləri qarşısında çıxışı zamanı edib
.

ABŞ 2001-ci ildə Əfqanıstanı terrorizm ilə mübarizə adı altında işğal etdi. İşğalçılar Talibanı hakimiyyətdən devirdilər, ancaq ölkədə minlərlə ABŞ əsgərinin olmasına baxmayaraq ölkədə təhlükə və təcavüz höküm sürməkdədir.

Kərzai bundan əvvəl qeyd edərək bildirmişdir ki, Taliban ilə sülh danışıqları növbəti altı ay ərzində başlamalıdır.

Bu ayın əvvəllərində Kərzai demişdir ki, Əfqanıstan üçün ən böyük təhlükə Taliban yox, əksinə xarici güclərin ölkənin daxili işlərinə qarışmasıdır.

O həmçinin qeyd edərək bildirib ki, Əfqanıstanın cənubunda vəziyyət xarici ordu qüvvəlləri ölkəyə gəlməyənə qədər daha yaxşı idi.

Sonuncu rəsmi statistik məlumat əsasən 2001-ci ildən ABŞ-ın Əfqanıstana qarşı müharibəsi başlayan gündən etibarən Əfqanıstanda 3257 xarici ordu qüvvəlləri qətlə yetirilib.
Source : Islamtimes
Comment