0
Tuesday 12 February 2013 - 01:48

AİP sədrinin müavini Arif Qəniyevin məhkəməsi olub

Story Code : 239003
AİP sədrinin müavini Arif Qəniyevin məhkəməsi olub
AİP sədrinin müavini Arif Qəniyevin məhkəməsi olub
Azərbaycan İslam Partiyasının sədr müavini Arif Qəniyevin Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində məhkəmə prosesi keçirilib. Bu barədə FaktXeber.com-a vəkil Anar Qasımlı məlumat verib. Onun sözlərinə görə, həbsxanada olan məhkəmə prosesində cəzanın çəkilməyən hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması vəsatəti hakim Muradxan Qasımov tərəfindən təmin olunmayıb. “Arif Qəniyev bu qərara etiraz əlaməti olaraq aclıq aksiyasına başlayacaq. Həmçinin məndən qərara etiraz etməməyimi də istədi. Çünki məhkəmə prosesinin sifarişli olduğunu düşünür. Hər-halda Arif Qəniyev düz 82 gündən sonra azadlığa çıxmalıdır.”,-deyə vəkil Anara Qasımlı əlavə edib.

Məlumat üçün bildirək ki, Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub. Sumqayıt Şəhər Məhkəməsinin 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

(Faktxeber)
Source : Faktxeber
Comment