0
Tuesday 12 February 2013 - 10:17

Şimali Koreya nüvə sınaqlarına başlaması barədə ABŞ və Çini xəbərdar etdi

Story Code : 239038
Şimali Koreya nüvə sınaqlarına başlaması barədə ABŞ və Çini xəbərdar etdi
Eyni zamanda Birləşmiş Millətlər Təşkilatındakı mənbələr bildiriblər ki, təşkilat da nüvə sınaqlarının məhz bu gün başlaması barədə məlumatlı olub. Məlumata görə, bu barədə Cənubi Koreyanın diplomatik dairələri BMT-ni xəbər verib.
 
BMT Təhlükəsizlik Şurası bu gün günorta saatlarında Şimali Koreyadakı vəziyyət ilə əlaqədar təcili toplanacaq. İclas Şimali Koreyanın tarixi boyunca üçüncü dəfə nüvə silahlarını sınaqdan keçirməsinə həsr olunacaq.
 
Şimali Koreyanın rəsmi dairələri isə hələlik nüvə sınaqlarının keçirilməsi ilə bağlı rəsmi şərh verməyib. Hərbi ekspertlər Şimali Koreyada baş verə biləcək partlayışın gücünü 6-7 kiloton kütləsində dəyərləndirir.
Source : Deyerler
Comment