0
Wednesday 13 February 2013 - 13:26

Netanyahu Obamanı qətl meydanına çıxarmaq istəyir

Story Code : 239313
Netanyahu Obamanı qətl meydanına çıxarmaq istəyir
İşğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahu Barak Obamanı İsrailə dəvət edib. Netanyahu deyib: “Biz İsrail prezidenti ilə bu görüş və görüşün əsas mövzuları barədə razılığa gəlmişik. Suriyada qeyri-stabil vəziyyət, sərhəddə təhlükəsizliyin təmini, Fələstinlə danışıqlar müzakirə ediləcək. Mən ABŞ prezidenti Obamanı İsrailə dəvət edirəm!..” Amma...
Ağ Ev isə Obamanın 20 martda İsrailə səfərini mümkün sayır. Artıq İsraillə strateji əməkdaşlıq Amerika xalqının qəzəbinə səbəb olub. Hamını bir sual düşündürür: nə üçün bu xalq hərbi cinayətkar kimi tanınan İsrail rejiminin kabus imicini bölüşməli və buna görə lənətlənməlidir?
Obama İsrailə səfərdə maraqlı deyil. O son dəfə 2009-cu ildə bu ölkədə olub. Prezidentin yeni komandası da İsrailə simpatiya göstərmir. Amma bu səfər Netanyahu üüçün çox zəruridir. İsrail ömrü sionist həbsxanalarında çürümüş fələstinli məhbuslardan bir qrupunu buraxmaqla dünyanın sərt münasibətini yumşaltmağı planlaşdırır. Netanyahu Obamanı Rabin meydanında tribunaya çıxarmaq istəyir. 1995-ci ildə bu meydanda İshak Rabin qətlə yetirilib.  /HaqqYolu/
Comment