0
Sunday 18 April 2010 - 12:50
Tehran konfransında :

Cəlili Tehran konfransında təklif irəli sürüb

Story Code : 23947
Cəlili Tehran konfransında təklif irəli sürüb
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi nüvə silahlarının yayılmamasına dair sazişin dəqiq icraya qoyulmasının zəruriliyini vurğulayıb.
Səid Cəlili aprelin 17-də Tehranda nüvə tərksilahı və kütləvi qırğın silahlarının yayılmaması üzrə keçirilən beynəlxalq konfransda etdiyi çıxışında deyib: Nüvə tərksilahı və kütləvi qırğın silahlarının yayılmamasının reallaşması üçün fövqəlgüclərin MAQATE-dəki nüfuzunun qarşısını almaq və kütləvi qırğın silahlarının yayılmamasına dair sazişi gücləndirmək lazımdır.
Cəlili belə bir təklif irəli sürüb ki, bütün nüvə silahlarının məhv edilməsi və nüvə silahına malik ölkələrin fəaliyyətinin dürüstlüyünü sınamaq üçün müəyyən bir zaman cədvəli hazırlanmalıdır .

Onun sözlərinə görə, fəaliyyətlərin düzgün olmasının imtahandan keçirilməsi mexanizmi o cümlədən kütləvi qırğın silahlarının yayılmamasına dair sazişin 3-cü maddəsinə uyğun qeyri-nüvə ölkələrinin öhdəliklərinin icrası üçün təyin olunmuş fəaliyyətləri yoxlamaq lazımdır.
Cəlili vurğulayıb : Nüvə tərksilahı arzusunun gerçəkləşdirilməsi beynəlxalq təşkilatlar tərəfindən hərtərəfli və ciddi bir mübarizəni tələb edir.
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi onu da qeyd edib ki, nüvə tərksilahı daha çox ABŞ və bu silahlara malik olan ölkələrə şamil olmalıdır və bu yolda bir çox hüquqi səylər həmçinin beynəlxalq potensial və imkanlardan əlavə istifadənin edilməsi zəruridir.
Comment