0
Sunday 18 April 2010 - 12:56
beynəlxalq konfransında :

Nüvə enerjisi hamı üçün, nüvə silahı heç kəs üçün

Story Code : 23949
Nüvə enerjisi hamı üçün, nüvə silahı heç kəs üçün
Bu  gün aprelin 17-də İİR nüvə tərksilahı üzrə beynəlxalq konfransın ev sahibidir.

"Nüvə enerjisi hamı üçün, nüvə silahı heç kəs üçün" şüarı adı altında keçirilən konfransın açılış mərasimi şənbə günü İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xameneinin önəmli müraciəti və İİR-nin prezidenti Mahmud Əhmədinejadın nitqi ilə başlandı.
Həzrət Ayətullah əl-Üzma Xamenei tərksilah üzrə birinci beynəlxalq konfransa etdikləri önəmli müraciətdə bəşər ictimaiyyətinin həyatında nüvə elminin misli görünməmiş roluna və onun oynadığı roluna toxunaraq vurğulayıblar ki, hazırda atom adı texnologiyanın inkişafı qədər tarixin ən acı hadisəsini, ən böyük soyqırımını və insan elminin nailiyyətlərindin də sui-istifadə edilməsini göstərir.
Həzrət Ayətullah əl-Üzma Xamenei deyiblər: ABŞ-ın Yaponiyanın Xirosima və Naqasakiyə qarşı törətdiyi misli görünməmiş nüvə hücumundan və bəşər ictimaiyyətini ciddi hədələrə məruz qoyduğu tarixdən bəri bu növ silahların tam məhv edilməsinin zəruriliyi beynəlxalq təşkilatların istəyinə çevrilib. Ancaq bu beynəlxalq tələbə baxmayaraq son bir
neçə il ərzində nüvə silahına malik bəzi ölkələr nüvə qüdrətinə malik digər ölkələrlə bağlı preventiv nəzəriyyəsini irəli sürürlər . Belə ki, bu dövlətlərin nüvə strategiyasında nüvə seçiminin qorunmasına təkid olunur.
ABŞ Vaşinqtonda nüvə təhlükəsizliyi konfransında dünya xalqlarını bu müraciətlə tanış etdi ki , nüvə silahına malik dövlətlərin nəzərində bu növ silahların qorunması strateji məsələ olaraq onların hərbi doktrinasında dəyişilməz bir yerə malikdir . halbuki Tehran konfransı tam fərqli bir strategiya ilə yəni nüvə silahının olmaması şüarını əldə tutaraq bu mesajı dünya xalqlarına çatdırıb ki, nüvə silahının bəşər ictimaiyyətini məhv etməkdən başqa bir nəticəsi yoxdur və faktiki olaraq dünyada sülh və təhlükəsizliyə zəmanət verə bilməz.
Əslində Tehran konfransının strateji amalı məlumdur . Çünki beynəlxalq təşkilatlar və ictimaiyyətin istəyini nəzərə alaraq kütləvi qırğın silahlarının yayılmamasına dair saziş çərçivəsində dünyada sülh və təhlükəsizliyin təmin və bərqərar olunmasını tələb edir . Bu da Tehran konfransının verdiyi şüarda özünü açıq-aşkar göstərir.
Comment