QR CodeQR Code

Bəhreynli gənc qız qətlə yetirildi

14 Feb 2013 10:01

IslamTimes - Bəhreynli gənc qız hakimiyyət qüvvələrinin xalqa qarşı istifadə etdiyi gözyaşardıcı qazın təsirindən həlak olub.


"IslamTimes" "Əl-Aləm" şəbəkəsinə istinadən xəbər verir ki, Əbu-Səbi qəsəbəsi sakini olan bəhreynli gənc qız hakimiyyət qüvvələrinin xalqa qarşı istifadə etdiyi gözyaşardıcı qazın təsirindən həlak olub.

Bu hadisə bir halda baş verib ki, bəhreynlilər 14 fevral Ali-Xəlifə rejiminə qarşı inqilabın 2-ci ildönümünü qeyd edərək Allahu-əkbər sədaları ilə yürüş keçiriblər.

Xatırladaq ki, bir çox şəhərlərdə xalqın dinc aksiyası vəhşicəsinə susdurulub və təhlükəsizlik qüvvələri etiraz aksiyaları keçirilmə ehtimalı olan məntəqələrə yerləşdirilib.


Story Code: 239508

News Link :
https://www.islamtimes.org/az/news/239508/bəhreynli-gənc-qız-qətlə-yetirildi

Islam Times
  https://www.islamtimes.org