QR CodeQR Code

Mossad agentləri Livanda iranlı komandiri qətlə yetiriblər

Islamtimes , 14 Feb 2013 14:09

İslamtimes - İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri Livanda şübhəli bilinən İsrail agentləri tərəfindən qətlə yetirilib.


islamtimes.org/az/ - Verilən məlumata görə General Həsən Şateri çərşənbə axşamı günü yol ilə Suriyadan Livana səfər edərkən naməlum silahlı tərəfindən qətlə yetirilib.

Livanın cənubunda İranın maliyyə dəstəyi ilə quruculuq işlərinə rəhbərlik edən İslam İnqilabı Keşikçiləri Korpusunun generalının qətlində İsrail xüsusi xidmət orqanlarının əli olduğu bildirilir.

Onun yas mərasimi cümə axşamı günü Tehranda təşkil ediləcək. Daha sonra o cümə günü doğma torpağı olan Semnanda torpağa tapşırılacaq.

2006-cı ildə İsrailin Livana qarşı 33 günlük təcavüzü nəticəsində Livanın cənubunda xeyli yaşayış binaları və ifrastruktur dağıdılmışdır.
O ildən bəri İran Livanda yenidən qurma işlərində aparıcı rollardan birini oynayır.


Story Code: 239591

News Link :
https://www.islamtimes.org/az/news/239591/mossad-agentləri-livanda-iranlı-komandiri-qətlə-yetiriblər

Islam Times
  https://www.islamtimes.org