QR CodeQR Code

Əl Qaidə və Bəəs üzvləri İraqda stabilliyi pozmaq istəyirlər

Islamtimes , 14 Feb 2013 14:22

İslamtimes - Əl Qaidə terror qrupunun üzvləri və devrilmiş Bəəs rejiminin qalıqları İraq paytaxtında müxtəlif terror aktları həyata keçirməklə İraqda stabilliyi pozmaq istəyirlər.


islamtimes.org/az/ - İraqın əl Ənvar televiziya kanalının bildirdiyinə görə Bağdadı dağıtmaq və paytaxtda etiraz nümayişləri təşkil etmək üçün xüsusi təxribatlar hazırlanır.

Bəəs üzvləri və vəhhabi terroristləri İraq vətəndaşları və təhlükəsizlik qüvvəllərinə qarşı müxtəlif terror aktları həyata keçirirlər.

Terroristlər sünni və şiələrin yaşadığı əl Seyyida məhəlləsində səs boğucu silahlardan istifadə edərək İraq vətəndaşlarını və təhlükəsizlik qüvvəllərinin qətlə yetirirlər.

İraq xəbər agentliyinin verdiyi məlumata görə dünən Seyyida məhəlləsində 10 dinc sakin qətlə yetirilib.

Keçən ay iraqlı millət vəkili demişdir ki, əl Qaidə terror şəbəkəsi və devrilmiş Bəəs rejiminin tərəfdarları İraq hökumətinə qarşı təxribat hazırlayırlar.

O bu təxribatlardan məqsədin İraq hökumətinin öz vətəndaşını qoruya bilmədiyini göstərmək olduğunu bildirib və deyib ki, əgər İraq hökuməti anti terror əməliyyatları aparmasaydı bu zaman ölkə sonu bilinməyən bir münaqişənin içinə girmiş olacaqdı.

İraq millət vəkili həmçinin xəbərdarlıq edərək deyib: “Halhazırda bəzi daxili qüvvəllərin vasitəsilə İraq hökumətinə qarşı düşmən mövqeyində olan qruplar ölkədə bir sıra təxribat planı həyata keçirmək istəyirlər.”

Dekabr ayında İraq təhlükəsizlik qüvvəlləri İraq baş naziri Nuri əl Maliki hökumətini yıxmaq istəyən xaricdən idarə edilən təxribatın qarşısını ala bildilər.

İraq təhlükəsizlik qüvvəlləri rəsmisinin verdiyi məlumata görə təxribatçılar ilk öncə Bağdadı işğal etmək, daha sonra isə gizli agentlər vasitəsilə şəhəri idarə etmək istəyirdilər.


Story Code: 239593

News Link :
https://www.islamtimes.org/az/news/239593/əl-qaidə-və-bəəs-üzvləri-iraqda-stabilliyi-pozmaq-istəyirlər

Islam Times
  https://www.islamtimes.org