0
Friday 15 February 2013 - 02:29

Səudiyyə rejimi britaniyalı parlamentariləri Bəhreyn tənqidinə görə xəbərdarlıq edib

Story Code : 239723
Səudiyyə rejimi britaniyalı parlamentariləri Bəhreyn tənqidinə görə xəbərdarlıq edib
Səudiyyə rejimi britaniyalı parlamentariləri Bəhreyn tənqidinə görə xəbərdarlıq edib
Islam times.org/az/ - Riyadın London ilə əlaqələri kəsmək təhdidi Səudiyyə Ərəbistanı və Böyük Britaniya arasındakı iki tərəfli əlaqələrdə yeni gərginlik yaradıb.

Əl Aləm xəbər agentliyinin verdiyi məlumata görə Riyad Britaniyadan olan parlamentarilərin Bəhreyn rejimini xalqına qarşı zülm etməkdə tənqid etməsindən narahat olub.

Faktiki olaraq 2011-ci ilin mart ayının ortalarından etibarən Səudiyyə Ərəbistanı Bəhreyndəki siyasi vəziyyətə nəzarət edir.

Səudiyyə Ərəbistanı əslində Bəhreyni işğal etmiş və oradakı hakimiyyəti özündən asılı vəziyyətə salmışdır.

Britaniya parlamentinin xarici əlaqələr komitəsi xarici işlər nazirliyini Bəhreyndəki hadisələrə qarşı sərgilədiyi mövqeyi tənqid etmiş və Bəhreyni “narahat” ölkələr siyahısına salmağı tələb etmişdir. Komitə vurğulayaraq bildirib ki, Ali Xəlifə rejimi həm islahatlar həyata keçirmək öhdəliyindən, həm də fakt araşdırıcı komitənin təkliflərinin yerinə yetirməkdən boyun qaçırmışdır.

Bu arada Britaniya Lordlar Palatasının üzvləri də Bəhreyn rejimini müxalifətə qarşı tətbiq etdiyi zorakılığa görə tənqid etmiş və Bəhreyn məhkəməsinin qeyri qanuni sayılmalı olduğunu bildirmişdir.

Bəhreyn həbsxanalarında siyasi məhbuslara verilən işgəncələri tənqid edən Lord O. Berry deyib: “Bəhreyn məhkəməsi sadəcə ölkədəki rejimin əlində bir vasitədir.”

O deyib: “Mən Bəhreyndə baş verənləri qınayıram və Bəhreyn rejiminin xalqına qarşı tətbiq etdiyi zülmü indiyə kimi göz ardına vurduğum üçün peşmançılıq hiss edirəm. ”
Source : Islamtimes
Comment