0
Friday 15 February 2013 - 21:53

İran Səudiyyə rəsmisinin iddialarını rədd edir

Story Code : 239892
İran Səudiyyə rəsmisinin iddialarını rədd edir
İran Səudiyyə rəsmisinin iddialarını rədd edir
Islam times.org/az/ - Mehmanpərəst deyib: “İran Nüvə Silahlı Yayılmama razılığı da daxil olmaqla bütün beynəlxalq öhdəliklərə sadiq qalır və bu səbəbdən də bu iddiadan söz belə gedə bilməz.”

Çərşənbə axşamı günü Riyadda Avstraliya xarici işlər naziri Michale Spindeleger ilə birlikdə mətbuat konfransında iştirak edən Feysəl iddia edərək bildirib ki, İran beynəlxalq qanun və öhdəliklərin ziddinə olaraq nüvə silahı yaratmaq niyyətindədir.

Mehmanpərəsət Səudiyyə rəsmisinin bu açıqlamasını təəccüblü və qeyri obyektiv adlandırmış və İranın nüvə enerji proqramı dinc məqsəd daşıdığını vurğulamışdır.

ABŞ, İsrail və onların bəzi müttəfiqləri dəfələrlə İranı nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham ediblər.

İran isə bütün bu iddiaları kəskin şəkildə rədd etmiş və bildirmişdir ki, Nüvə Silahı Yayılmama Razılığını imzalayan və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olan bir dövlət kimi nüvə enerji proqramından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı var.

Bundan əlavə Atom Agentliyi İranın nüvə obyektlərində dəfələrlə müxtəlif yoxlanışlar aparmış, lakin bu iddiaları sübut edən heç bir dəlil aşkar etməmişdir.
Source : Islamtimes
Comment