QR CodeQR Code

Səudiyyə Ərəbistanı regionda ABŞ-ın maraqlarını həyata keçirir

Islamtimes , 15 Feb 2013 22:02

İslamtimes - İranlı millət vəkili deyib ki, Səudiyyə Ərəbistanın Ali Səud rejimi Qərb və ABŞ-ın Yaxın Şərqdə oyuncaq dövlətinə çevrilmiş və regionda onların müstəmləkə siyasətini həyata keçirir.


islamtimes.org/az/ - Mənsur Həqiqətpur deyib: “ABŞ regionda münaqişə ocaqları yaratmaq və terrorist qruplara dəstək vermək ilə Yaxın Şərqdə kütləvi qırğın silahlarının yayılmasına şərait yaradır və əlbəttə ki, ABŞ bunu əsasən Səudiyyə Ərəbistanın vasitəsi ilə həyata keçirir.”

Suriyada mövcud olan münaqişəyə toxunan millət vəkili deyib ki, bəzi irticaçı Ərəb dövlətləri Suriya hökuməti ilə müxalifət arasında danışıqların təşkil edilməsinə maneələr yaradırlar.

Həqiqətpur həmçinin qeyd edərək bildirib ki, Səudiyyə Ərəbistanın Suriya üsyançılarına daha çox silah-sursat və ağır texnika verilməsi tələbi və ABŞ Yaxın Şəqrdə mövcudluğu regionu daha təhlükəli münaqişələrə və müharibəyə doğru apara bilər.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla münaqişə nəticəsində xeyli dinc sakin həlak olub.

Dəməşq hökuməti ölkədəki münaqişənin xaricdən idarə olunduğunu bildirmiş və demişdir ki, mövcud olan sübutlara əsasən hökumətə qarşı döyüşən üsyançıların əksəriyyəti xarici vətəndaşlardan ibarətdir.

Suriya hökuməti bildirir ki, Qərb və onun region müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə silahlı üsyançılara himayədarlıq edirlər.


Story Code: 239896

News Link :
https://www.islamtimes.org/az/news/239896/səudiyyə-ərəbistanı-regionda-abş-ın-maraqlarını-həyata-keçirir

Islam Times
  https://www.islamtimes.org