0
Friday 15 February 2013 - 22:14

Səudiyyə tərəfindən maliyyələşən terroristlər Pakistanda 2 şiə müsəlmanı şəhid ediblər

Story Code : 239899
Səudiyyə tərəfindən maliyyələşən terroristlər Pakistanda 2 şiə müsəlmanı şəhid ediblər
Səudiyyə tərəfindən maliyyələşən terroristlər Pakistanda 2 şiə müsəlmanı şəhid ediblər
Islam times.org/az/ - 13 Fevral tarixində Sepahe Səhabənin üzvləri olan Divbəndi silahlıları şiə aktivist olan Ənvər Abbası Karaçidə şəhid ediblər.

Səudiyyə Ərəbistanın maliyyələşdirdiyi terroristlər Karaçı şəhərinin mərkəz hissəsində yerləşən mağaza yaxınlığında Ənvər Abbasa hücum etmiş və onu ağır yaralamışdılar. O dərhal özəl xəstəxanaya aparılmış, ancaq həkimlərin müdaxiləsinə baxmayaraq şəhid olmuşdur.

İki il bundan əvvəl həbs edilmiş və indiyə qədər haqqında heç bir məlumat olmayan şiə müsəlman olan Seyyid Yunus Kaziminin cəsədi aşkar edilib.

30 yaşlı Seyyid Yunus Kazimi Dera İsmail Xanda Seyyid ailəsinin 22-ci şəhididir. Şəhidin cəsədində işgəncə izləri var idi. Şəhid çox alicənab bir ailəyə məxsusdur və bu ailənin İslamın həqiqi əhkamlarını çatdırmaq yolunda 22 şəhid verməsi ailənin üstünlüyün göstərir.

Yerli mənbənin bildirdiyinə əsasən şəhid hüquq icra orqanları nümayəndələri tərəfindən 2010-cu ildə qeyri qanuni şəkildə həbs edilmişdir.

Bu artıq üçüncü dəfədir ki, Dera İsamil Xanda şiə müsəlman qanunsuz yol ilə həbs edilir və daha sonra isə cəsədi tapılır.

Artıq Pakistanda insanların müəammalı vəziyyətdə yox çıxması, daha sonra isə onların işgəncə olunmuş cəsədlərinin aşkar edilməsi adi hala çevrilib.
Source : Islamtimes
Comment