0
Saturday 16 February 2013 - 16:48

ABŞ-da hamilə qadını döyməyin qiyməti var...

Story Code : 240115
ABŞ-da hamilə qadını döyməyin qiyməti var...
Los-Ancelesin polis əməkdaşları sükan arxasında olan hamilə qadını döydüklərinə görə 250 min dollar cərimə ödəyiblər. ANS PRESS-in məlumatına görə, onlar 30 yaşlı Tamara Qaqlioneni maşını idarə edərkən mobil telefonla danışdığına görə saxlamağa çalışıb. Polis zabitləri Deniel Hernandez və Roberto Martinez dəfələrlə qadının idarə etdiyi avtomobili saxlamağa çalışsalar da, sürücü xanım onların əmrinə tabe olmayaraq avtomobili saxlamayıb.
Polis maşının içində quraşdırılmış videoregistrator polislərin hamilə qadının əllərini təhlükəli cinayətkar kimi qandallayaraq yerə uzatdığını qeydə alıb.
Qadın bildirib ki, patrul əməkdaşlarından biri onu əllə vurub və sonra sifətini var gücü ilə asfalta sıxıb. Bu zaman isə digər polis əməkdaşı onu təpiklə vurmağa başlayıb. /HaqqYolu/
Comment