0
Monday 19 April 2010 - 11:48
Tərksilah konfransının bağlanış mərasimi :

Tehranda nüvə silahlarının yayımaması və nüvə tərksilahı üzrə beynəlxalq konfransın bağlanış mərasimi keçirilib.

Story Code : 24016

İranın Mərkəzi İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, mərasimdə İranın xarici işlər naziri Mənuçehr Müttəki çıxış edib və onun ardınca Müttəki yerli və xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında çıxış edərək onların suallarını cavablandırıb.
Mərasimdə rəsmi nümayəndələrdən bir neçəsi nitq söyləyib, ardınca ixtisasçı komitələrin sədrləri hesabatlarını təqdim etdilər.
Bazar günü əməli həll yolları, ölkələrin beynəlxalq öhdəlikləri və tərksilah problemləri mövzusunda 3 ixtisasçı komitə təşkil olunmuşdu.
Nüvə tərksilahı üzrə beynəlxalq konfrans şənbə günü Böyük İnqilab Rəhbərinin müraciəti, sonra da İİR prezidentinin çıxışı ilə işə başladı. İclasda dünyanın 60-dan çox ölkəsinin nümayəndələri iştirak edirdi.
Bu xəbərlə bağlı ətraflı məlumat bazar ertəsi günü diqqətinizə çatdırılacaq.
Source : IRIB
Comment