0
Monday 19 April 2010 - 11:57
General-mayor Əhmədrza Purdəstan :

İran ordusu regionun güclü ordusudur

Story Code : 24017
İran ordusu regionun güclü ordusudur
İran İslam Respublikası quru qüvvələrinin komandanı İran ordusunu regionun ən böyük ordularından biri adlandırıb.
General-mayor Əhmədrza Purdəstan bazar günü aprelin 18-də ölkədə ordu günü münasibətilə keçirilən paradda silahlı qüvvələrin ölkənin müstəqilliyi və ərazi bütövlüyünü müdafiə etməyə hazır olmasını qeyd edərək deyib: Düşmənlər İran əleyhinə 3-cü cəbhəni açmaq mövqeyində deyil.
Çıxışının digər hissəsində İİR ordusunu ölkə üçün möhkəm bir qala və güclü qol hesab edən general xatırladıb: İİR silahlı qüvvələri hər cür təhdidi cavablandırmağa hazırdır.
Hər il İranda 29 fərvərdin yəni aprelin 18-i ordu günü kimi qeyd olunur.
Qeyd edək ki, yerli telekanallar və medialarla yanaşı Qətərin Əlcəzirə, Çin televiziyası, Livanın LBC kanalı, Rusiyanın RTR, habelə Dubay televiziyası həmçinin Türkiyənin Anadolu İnformasiya Agentliyi sözü gedən əzəmətli mərasimi işıqlandırıblar.
Source : IRIB
Comment