0
Sunday 17 February 2013 - 08:09

İslam Rəhbəri: ABŞ-ın dünyada demokratiyanı yaymaq iddiaları yalandır

Story Code : 240257
İslam Rəhbəri: ABŞ-ın dünyada demokratiyanı yaymaq iddiaları yalandır
İslam Rəhbəri: ABŞ-ın dünyada demokratiyanı yaymaq iddiaları yalandır
Islam times.org/az/ - Şənbə günü İslam Rəhbəri Təbriz camaatına müraciətdə deyib: “Bir tərəfdən onlar bu iddiaları edirlər, ancaq digər tərəfdən isə onlar regionda ən şəffaf demokratiyaya sahib olan İrana qarşı mübarizə aparırlar.”

Ayətullah Əl üzma Xamenei vurğulayaraq bildirib ki, amerikalılar regionda demokratiyanı yaydıqlarını iddia etsələr də, əslində onlar demokratiyadan heç bir anlayışı olmayan və xalqının bir dəfə də olsun ki, şəffaf seçki görmədiyi dövlətləri dəstəkləyir.

İslam Rəhbəri qeyd edərək bildirib ki, ABŞ-ın iki ölkə arasında olan problemləri həll etmək üçün İran ilə bir başa danışıqlar aparmaq təklifi ABŞ rəsmilərinin dildə bir cür, əməldə isə başqa cür olduqlarının bariz nümunəsidir.

“Amerikalılar İslam Respublikasının qurulmasını yalnış və düzgün olmadığını bildirdikləri və İran xalqına qarşı təziq və sanksiyalar tətbiq etdikləri halda onlar İran ilə danışıqlar aparmağı iddia edirlər.”
Source : Islamtimes
Comment