0
Monday 19 April 2010 - 14:44
İran İslam Respublikasının prezidenti :

Əcnəbilər regionu tərk etməlidirlər

Story Code : 24036
Əcnəbilər regionu tərk etməlidirlər

İran İslam Respublikasının prezidenti əcnəbilərin müdaxiləsini regionda yaranmış etimadsızlıq və ayrılığın mənşəyi adlandırıb. Bu barədə xəbəri İRNA bildirib.
Əcnəbi qüvvələrin regiondan çıxmasını vacib sayan Əhmədinejad bazar günü 29 fərvərdində, yəni İİR ordusu günü münasibətilə keçirilən mərasimdə deyib:
Həssas və önəmli Yaxın Şərq regionu ilə bağlı tarixi təcrübə göstərir ki, daimi təhlükəsizliyin yaradılması və qorunmasının əsas yolu məntəqə xalqları və dövlətlərinin eyni mövqedə olmasıdır.
İranın Milli Təhlükəsizlik Ali Şurasının sədri qeyd edib ki, İran xalqı hamı üçün sülh, inkişaf və təhlükəsizliyi tələb edir.

O, eyni halda vurğulayıb: İnqilab və xalqdan mənşə almış İran silahlı qüvvələrinin qüdrəti hazırda kimsəyə təcavüz etmək fikrinə düşməyə belə imkan vermir.
Hər il 29 fərvərdin, yəni aprelin 18-i İranda ordusu günü kimi qeyd olunur.
100-dən artıq yerli və xarici jurnalist və fotoqraf İİR ordusu gününə məxsus mərasimi işıqlandırıb.
Xatırladaq ki, yerli telekanallar və medialarla yanaşı Qətərin Əlcəzirə, Çin televiziyası, Livanın LBC kanalı, Rusiyanın RTR, həmçinin Dubay televiziyası və Türkiyənin Anadolu İnformasiya Agentliyi sözü gedən əzəmətli mərasimdən reportajlar yayıblar.

Source : IRIB
Comment