0
Sunday 17 February 2013 - 14:45

İranın ali dini liderindən Qərbə ismarıc

Story Code : 240382
İranın ali dini liderindən Qərbə ismarıc
İranın ali dini lideri Ayətullah Seyyid Əli Xamenei Qərbin İrana qarşı aldadıcı mövqe sərgilməsini tənqid edib. Ötən gün Tehranda çıxışında Əli Xamenei bildirib ki, İran əsla Qərbin yalan vədlərinə inanmayacaq. Onun sözlərinə görə, İranın istənilən məsələdə öz hüquqlarından istifadə etməyə ixtiyarı var.

"Onlar deyirlər ki, İran danışıqlar masasına əyləşərsə, bizə qarşı tədbiq edilən sanksiyaları ləğv edəcəklər. Bu yalandır. Nüvə silahı məsələsində mübahisə doğuran, əslində, silah deyil. Əsas mübahisə hədəfi İran xalqının ayrılmaz hüquqlarının, əsasən də, nüvə enerjisindən daxili sərfiyyat və sülh məqsədilə istifadə etmək hüquqlarını əlindən almaqdır. Qərb dünyasına bildirmək istəyirəm ki, bizim inkişafımıza mane olmaq istəyirsiniz. Lakin bacarmayacaqsınız. İran milləti öz hüquq və səlahiyyətləri çərçivəsində istənilən arzusunu yerini yetirməkdə azaddır", - deyə Ə. Xamenei çıxışında bildirib.
Comment