0
Sunday 17 February 2013 - 21:01

Liberman hakim qarşısında

Story Code : 240460
Liberman hakim qarşısında
İşğalçı İsraildə keçmiş XİN rəhbəri Avidqor Libermanın məhkəmə prosesi başlayıb.O, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
 
Keçmiş xarici işlər nazirinə qarşı irəli sürülmüş ittihamın mahiyyəti ondan ibarətdir ki, o, işçilərindən birinin - Zayevu Ben Aryenin karyera yüksəlişinə köməklik edib. İkinci tərəf isə öz növbəsində A.Libermana maliyyə maxinasiyaları ilə bağlı ona qarşı başladılan təhqiqat haqqında informasiya ötürüb.
 
İsrail qanunvericiliyinə əsasən, əgər A.Liberman günahkar hesab edilərsə, ona növbəti hökumətin tərkibində təmsil olunmaq qadağan ediləcək.
 
Qeyd edək ki, A.Liberman ölkə rəhbəri Benyamin Natanyahunun rəhbəri olduğu "Likud" partiyası ilə birgə koalisiyada olan "Bizim ev - İsrail" partiyasının lideridir.
 
A.Liberman ona qarşı irəli sürülmüş ittihamın əsasının olmadığı bildirməklə, 2012-ci ilin 14 dekabr tarixində XİN rəhbəri postundan gedib.
Comment