QR CodeQR Code

Pakistan: "BMT niyə susur?"

18 Feb 2013 08:43

IslamTimes - Bu ölkənin müsəlmanları beynəlxalq təşkilata müraciət edib


Pakistanda kütləvi etirazlar başlayıb. Etirazlara səbəb ölkədə şiələrin sıx məskunlaşdığı Kveta şəhərində 80 nəfərin ölümü, onlarla adamın da yaralanması ilə nəticələnən terror aktı olub. Məhz bu qanlı hadisədən sonra Bəlucistan əyalətinin sakinləri küçələrə çıxaraq, etirazlara başlayıblar.
 
Nümayişçilər "BMT niyə susur?", "İnsan haqları haradadır?" şüarları yazılmış plakatlar qaldırıblar.
 
Aksiya fəalları şiələrə qarşı tez-tez baş verən terror aktlarının şiələrlə sünniləri bir-birinə qarşı qoymaq istəyənlərin işi olduğunu bəyan ediblər.


Story Code: 240549

News Link :
https://www.islamtimes.org/az/news/240549/pakistan-bmt-niyə-susur

Islam Times
  https://www.islamtimes.org