0
Monday 18 February 2013 - 10:22

Rəhbər təbrizlilərə: İranın qəlb aramlığı sizlərsiniz!

Story Code : 240568
Rəhbər təbrizlilərə: İranın qəlb aramlığı sizlərsiniz!
Şənbə günü səhər minlərlə Təbriz sakini ilə coşğun bir atmosferdə görüşən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei çıxışında olduqca mühüm məqamları qeyd etdi. O, Amerika rəsmilərinin müzakirələrlə bağlı məntiqsiz davranış və fikirlərinə toxunaraq İran xalqının və İslam dövlətinin bu sferada tam məntiqli davrandıqlarını izah etdi.
 
Təbriz əhalisinin 1356-cı il 29 bəhmən (18 fevral, 1978) qiyamının ildönümündə baş tutan bu görüşdə Ali Məqamlı Rəhbər həmin qiyamda şəhid olanların xatirəsini ehtiramla yad edərək bildirdi ki, İran xalqının hərəkatının meyarı və bələdçisi onun dini və dini imanı olmuşdur. Rəhbər buyurdu: “Bu həqiqətin təcəssümünə ən bariz nümunə Azərbaycan əhalisinin son 150 ildə həyata keçirdiyi mübarizədir. Bu mübarizə daim dini imanla, insanların bu imana sıx bağlılığı və sədaqəti ilə müşayiət olunmuşdur”.
 
“İran xalqının dünyanın super-dövlətlərinin təzyiqləri, o cümlədən sanksiyalar qarşısında sarsılmamasının əsas səbəbi onun dini imanı olmuşdur” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Onlar xalqın iradəsini zəiflətmək üçün bir neçə ay bundan əvvəldən etibarən iflicedici olduğunu iddia etdikləri sanksiyaları tətbiq etməyə başladılar, 22 bəhməndən bir neçə gün əvvəl isə sanksiyaların yeni bir mərhələsinə start verdilər. İran xalqının cavabı isə bu oldu ki, bu ilin 22 bəhmən yürüşü əvvəlki illərdən daha izdihamlı və coşğulu keçdi”.
 
 
Amerika rəsmilərinin bəyanatlarına və davranışlarına işarə edən Ali Məqamlı Rəhbər onları məntiqsiz, ziddiyyətli sözlər danışan və addımlar atan, hegemon psixologiyalı insanlar adlandıraraq dedi: “Amerikalılar başqalarının onların məntiqsiz sözləri və hegemonluğu qarşısında təslim olacağını gözləyirlər. Necə ki bəziləri bunu edib. Lakin məntiq, güc və bacarığa malik olan İran xalqını və İslam Respublikasını təslim etmək mümkün deyil!” /HaqqYolu/
Comment