0
Monday 18 February 2013 - 17:22

ABŞ beynəlxalq qanunlara hörmət qoymur

Story Code : 240669
ABŞ beynəlxalq qanunlara hörmət qoymur
ABŞ beynəlxalq qanunlara hörmət qoymur
Islam times.org/az/ - İran məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri bazar günü deyib: “Amerikalılar görəndə ki, beynəlxalq qanunlara zidd getmək onların xeyrinədir, bu zaman onlar heç bir qanuna hörmətlə yanaşmayaraq beynəlxalq qanunları pozmağa davam edirlər.”

İranlı millət vəkili deyib: “Əgər amerikalılar təziqlər göstərməklə İranın dinc nüvə fəaliyyətinin qarşısını ala biləcəklərini düşünürlərsə yanılırlar.”

Burucerdi deyib: “İran Beynəlxalq Atom Enerji Agentliyinin nəzarəti və dinc məqsədlər çərçivəsində nüvə enerji proqramını davam etdirəcək.”

ABŞ, İsrail və onların bəzi müttəfiqləri dəfələrlə İranı nüvə enerji proqramında hərbi məqsədlər üçün istifadə etməkdə ittiham ediblər.

Bu əsassız iddiaları bəhanə gətirən ABŞ və onun avropalı müttəfiqləri İslam Respublikasına qarşı birtərəfli sanksiyalar tətbiq ediblər.

İran isə öz növbəsində bu ittihamları rədd etmiş və beynəlxalq təşkilatlara üzv olan bir dövlət kimi nüvə enerji proqramından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı olduğunu bildirmişdir.
Source : Islamtimes
Comment