QR CodeQR Code

ABŞ beynəlxalq qanunlara hörmət qoymur

Islamtimes , 18 Feb 2013 17:22

İslamtimes - Millət vəkili Əlaəddin Burucerdi deyib: “Amerikalılar həmişə öz maraqlarına uyğun hərəkət edirlər və beynəlxalq qanunların onlar üçün heç bir əhəmiyyəti yoxdur.”


islamtimes.org/az/ - İran məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri bazar günü deyib: “Amerikalılar görəndə ki, beynəlxalq qanunlara zidd getmək onların xeyrinədir, bu zaman onlar heç bir qanuna hörmətlə yanaşmayaraq beynəlxalq qanunları pozmağa davam edirlər.”

İranlı millət vəkili deyib: “Əgər amerikalılar təziqlər göstərməklə İranın dinc nüvə fəaliyyətinin qarşısını ala biləcəklərini düşünürlərsə yanılırlar.”

Burucerdi deyib: “İran Beynəlxalq Atom Enerji Agentliyinin nəzarəti və dinc məqsədlər çərçivəsində nüvə enerji proqramını davam etdirəcək.”

ABŞ, İsrail və onların bəzi müttəfiqləri dəfələrlə İranı nüvə enerji proqramında hərbi məqsədlər üçün istifadə etməkdə ittiham ediblər.

Bu əsassız iddiaları bəhanə gətirən ABŞ və onun avropalı müttəfiqləri İslam Respublikasına qarşı birtərəfli sanksiyalar tətbiq ediblər.

İran isə öz növbəsində bu ittihamları rədd etmiş və beynəlxalq təşkilatlara üzv olan bir dövlət kimi nüvə enerji proqramından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı olduğunu bildirmişdir.


Story Code: 240669

News Link :
https://www.islamtimes.org/az/news/240669/abş-beynəlxalq-qanunlara-hörmət-qoymur

Islam Times
  https://www.islamtimes.org