QR CodeQR Code

Sarkisyan yenidən prezident oldu

19 Feb 2013 07:05

IslamTimes - Bu gün işğalçı Ermənistanda keçirilən prezident seçkilərinin birinci turunda ölkənin hazırki prezidenti Serj Sarkisyan qalib gəlib.


ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə “The Gallup Organization” tərəfindən keçirilən "exit-poll"un nəticələrinə əsasən məlumat verilib.
 
"Exit-poll"un nəticəsinə əsasən, Serj Sarkisyan səslərin 58 faizini toplayıb. İkinci yerdə “İrs” partiyasının lideri Raffi Ovannisyan 32 faiz səslə qərarlaşıb. Üçüncü pilləni isə 3 faiz səslə sabiq baş nazir Qrant Baqratyan və Paruyr Ayrikyan bölüşür.
 
Xatırladaq ki, saat 17:00-a olan vəziyyətə görə, Ermənistanda prezident seçkilərində seçicilərin ümumi sayından 1 259 374 nəfər və ya 49,71 faizi səs verib.


Story Code: 240796

News Link :
https://www.islamtimes.org/az/news/240796/sarkisyan-yenidən-prezident-oldu

Islam Times
  https://www.islamtimes.org