0
Tuesday 20 April 2010 - 13:31
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin :

Tehran konfransının təklifləri

Story Code : 24093
Tehran konfransının təklifləri
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Tehran konfransı beynəlxalq ictimaiyyətin nüvə silahları barədə amalları və nigaranlıqlarının müzakirə edilməsi üçün böyük bir hərəkət üçün başlanışdır.
Ramin Mehmanpərəst bazar ertəsi günü Tehranda bir müsahibədə nüvə tərksilahı və nüvə silahlarının yayılmaması ilə bağlı iclasın yekunlaşdırılması barədə deyib: Konfransda nöqsanlar, ziddiyyətlər və nüvə silahlarının yayılmamasına dair sazişdə ayrı-seçkilik məsələsi qabardıldı.
İİR-nın hökumət rəsmisinin sözlərinə görə, Tehran iclasının rəsmi təklifləri arasında sözü gedən sazişin yenidən nəzərdən keçirilməsi mühüm yer tuturdu.

İİR-nın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi nüvə tərksilahını bütün azadlıqsevər insanların istəyi sayaraq bildirib: Bəşər ictimaiyyətinin inkşafı, modern texnologiyalara və elmlərə malik beynəlxalq bir qurum yaradaraq dünyanı nüvə silahları və kütləvi qırğın silahlarından xilas etmək mümkündür.
Qeyd edək ki, nüvə tərksilah və nüvə silahlarının yayılmamasına dair birinci beynəlxalq konfrans şənbə günü paytaxt Tehranda dünyanın siyasi şəxsiyyətləri, nümayəndələri və nüvə alimlərinin iştirakı ilə keçirildi və bazar günü axşam çağı öz işini yekunlaşdırrdı. Nüvə enerjisi hamıya , nüvə silahı heç kəsə adı altında keçirilən bu iki günlük konfrans dünya mediaları tərəfindən işıqlandırılıb.
Source : IRIB
Comment