QR CodeQR Code

Avropa Birliyi suriyalı müxaliflərə silah verməyəcək

19 Feb 2013 17:15

IslamTimes - AB yetkinliklə Suriya hökumətinə qarşı sanksiyaları daha 3 ay artırmağa səs verdiyi halda, müxaliflərə də silah verməmək barədə qərar verib


FaktXəbər-in verdiyi məlumata görə, Avropa Birliyində (AB) xarici işlər nazirlərinin növbəti toplantısı keçirilib. İclasda Suriya ilə bağlı bir sıra əhəmiyyətli qərarlar qəbul edilib. Xarici işlər nazirləri yetkinliklə Suriya hökumətinə qarşı sanksiyaları daha 3 ay artırmağa səs verdiyi halda, müxaliflərə də silah verməmək barədə qərar verib.
 
Qeyd edək ki, Avropa Birliyi Suriyadakı böhranın sülh yolu ilə və heç bir müdaxilə olmadan tərəfdarı olduğunu dilə gətirib. Bundan əlavə suriyalı müxaliflərə ediləcək digər yardımların bir qədər artırılması da qərara alınıb.


Story Code: 240984

News Link :
https://www.islamtimes.org/az/news/240984/avropa-birliyi-suriyalı-müxaliflərə-silah-verməyəcək

Islam Times
  https://www.islamtimes.org