0
Wednesday 20 February 2013 - 00:36

DEVAMM sədri QHT-lər və dini icmalarla bağlı son dəyişiklikləri şərh etdi

Story Code : 241070
DEVAMM sədri QHT-lər və dini icmalarla bağlı son dəyişiklikləri şərh etdi
DEVAMM sədri QHT-lər və dini icmalarla bağlı son dəyişiklikləri şərh etdi
Belə ki, söhbət hansısa məsələnin effektiv və ya qeyri-effektivliyindən getmir. Yaxud da, kiminsə ianənin hansı niyyətlə verməsindən getmir. Bunlar ikinci-üçüncü dərəcəli məsələlərdir.
Söhbət ondan gedir ki, dövlət orqanlarının “ifrat tənzimləmə” xətti davam edir. Neçə illərdir ki, məmurlar hər bir vətəndaş təşəbbüsünü bu cür “tənzimləmə”lərlə qarşılayırlar. Faktiki olaraq, tam ictimai durğunluğa, staqnasiyaya nail olmaq niyyəti sezilir.
Nəzərə almaq lazımdır ki, hazırkı dünyada bu səylər mənasız və kontr-məhsuldardır. Faktiki olaraq, vətəndaş cəmiyyəti qurumlarında, vətəndaş cəmiyyəti müstəvisində akkumulyasiya edilməli və ictimai proseslərə müsbət təsir etməli olan enerjini geri basmaq, yox etmək kimi absurd niyyətdən gedir söhbət. Belə ki, dövlət quruculuğuna, inkişafa xidmət etməli olan enerji, təşəbbüslər marginallaşdırılmış konstruksiyalara doğru səpələnir. Bu da zatən tənzimlənə bilinməyən bir ictimai situasiyalara rəvac verir.
Bu baxımdan, sözügedən düzəlişlərin reqress xüsusiyyətli olması tam aydındır”.

Xatırladaq ki, Milli Məclisin 15 fevral iclasında “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

“Qrant haqqında” qanuna edilən dəyişikliyə görə, “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlarda nəzərdə tutulan ianələr və dövlət hakimiyyəti orqanlarının yardımları istisna olmaqla qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul edə bilməz.

İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklik edilib. Qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardımın qəbul edilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək miqdarda cərimə ediləcək.

Siyasi partiyanın və ya qeyri-hökumət təşkilatının, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimələnəcək.

İanə edilən pul vəsaitlərinin siyasi partiyaya və ya qeyri-hökumət təşkilatına, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyinə nağd şəkildə verilməsinə görə fiziki şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min beş yüz manatdan yeddi min manatadək miqdarda cərimə ediləcək. İanə edilən pul vəsaitlərinin siyasi partiya və ya qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyi tərəfindən nağd şəkildə qəbul edilməsinə görə vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər yeddi min manatdan on min manatadək miqdarda cərimələnəcək.
Source : Deyerler
Comment