0
Wednesday 20 February 2013 - 08:59

ABŞ-da küçə qətlləri davam edir

Story Code : 241140
ABŞ-da küçə qətlləri davam edir
ABŞ-ın Kaliforniya ştatının magistral avtomobil yolunda fevralın 19-da törədilmiş atışma nəticəsində ən azı 3 nəfər ölüb və bir neçə nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, cinayətkar Orinc dairəsində bir nəfəri qətlə yetirərək avtomobilini qaçırıb. Bundan sonra o yolda bir neçə dəfə yol-hərəkət iştirakçılarına atəş açaraq, Tastin şəhərinə yollanıb.
Yerli polisin məlumatına görə, Tastin şəhərində isə baş vermiş insident nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Bundan sonra cani şəhərdən bir neçə kilometr aralanaraq özünü güllələyib.
İnsidentin digər təfərrüatları barədə məlumat verilmir. Polis ölənlərin sayının arta biləcəyini istisna etmir, çünki cinayətkarın hərəkət etdiyi yolda avtomobil sıxlığı yaşanıb. /HaqqYolu/
Comment