0
Wednesday 20 February 2013 - 12:11

Şəhidlər məscidinin qapısından qıfıl nə vaxt götürüləcək?

Story Code : 241181
Şəhidlər məscidinin qapısından qıfıl nə vaxt götürüləcək?
Modern. az məscidin təmirinin nə zaman bitəcəyi və təmirdən sonra əvvəlki fəaliyyətini bərpa edilib-edilməyəcəyi ilə bağlı aidiyyatı qurumlara müraciət etsə də, yetərli məlumat əldə edə bilməyib.
 
Türkiyə səfirliyinin dini xidmətlər üzrə müşaviri Sadiq Əraslan da münasibət bildirərkən deyib ki, məsciddə çalışan məsul şəxslər hazırda Türkiyədədirlər və artıq onların məscidlə hər hansısa bağlılığı yoxdur. Bunu yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bilər.
 
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əlinin verdiyi məlumata görə, hazırda təmirə bağlanmış ibadətgahın fəaliyyətini nə vaxt bərpa ediləcəyi haqqında onda məlumat yoxdur.
Comment