0
Wednesday 20 February 2013 - 12:31

Şimali Koreya ABŞ-ı qorxutmağa başlayıb

Story Code : 241183
Şimali Koreya ABŞ-ı qorxutmağa başlayıb
Koreya Xalq Demokratik Respublikasının (KXDR) keçirdiyi üçüncü nüvə sınağından sonra ABŞ-ın sərt etirazı ilə qarşılaşan rəsmi Pxenyan, qarşı tərəfə video-roliklə cavab verib. KXDR tərəfindən "You Tube" video paylaşım saytına yerləşdirilən görüntüdə Amerika yenə nüvə silahı ilə təhdid olunub.
 
Qeyd edək ki, video-rolik əvvəldən axıra kimi alov içində olan ABŞ-ı xatırladıb. İlk olaraq Amerikanın işğalçı siyasətindən, daha sonra Vaşinqtonun nüvə təhlükəsi ilə üz-üzə olmasından bəhs edən görüntülər Amerika rəhbərliyini narahat etməyə başlayıb.  /FaktXəbər/
Comment