0
Wednesday 20 February 2013 - 12:27

BMT baş katibindən İsrail rejiminə fələstinli məhbuslar tələbi

Story Code : 241185
BMT baş katibindən İsrail rejiminə fələstinli məhbuslar tələbi
Baş katibin mətbuat xidmətindən verilən açıqlamaya görə, Pan Gi Mun İsrail rejiminin həbsxanalarında aclıq aksiyası keçirən Semir əl-İsavi və digərlərinin vəziyyəti ilə əlaqədar narahatdır.
 
Fələstinin FƏTH təşkilatının rəhbəri Mahmud Abbas və Ərəb Ölkələri Liqasından bu mövzuda məktub aldığını bildirən Pan, İsrail rejiminin baş naziri ilə telefon danışığı zamanı bu mövzuda narahatlığı bildirib.
 
Həbsxanalarda saxlanılan fələstinlilərin sıxıntılarının dərhal həll edilməsinə çağıran Pan, tutulanların ailələri ilə görüşlərinin təşkil edilməsini və bütün hüquqlarının bərpa edilməsini tələb edib.  /Deyerler/
Comment