QR CodeQR Code

BMT baş katibindən İsrail rejiminə fələstinli məhbuslar tələbi

20 Feb 2013 12:27

IslamTimes - BMT baş katibi Pan Gi Mun İsrail rejiminin həbsxanalarında heç bir ittiham irəli sürülmədən saxlanılan fələstinlilərin ədalətli şəkildə mühakimə edilmələri və ya sərbəst buraxılmalarını tələb edib


Baş katibin mətbuat xidmətindən verilən açıqlamaya görə, Pan Gi Mun İsrail rejiminin həbsxanalarında aclıq aksiyası keçirən Semir əl-İsavi və digərlərinin vəziyyəti ilə əlaqədar narahatdır.
 
Fələstinin FƏTH təşkilatının rəhbəri Mahmud Abbas və Ərəb Ölkələri Liqasından bu mövzuda məktub aldığını bildirən Pan, İsrail rejiminin baş naziri ilə telefon danışığı zamanı bu mövzuda narahatlığı bildirib.
 
Həbsxanalarda saxlanılan fələstinlilərin sıxıntılarının dərhal həll edilməsinə çağıran Pan, tutulanların ailələri ilə görüşlərinin təşkil edilməsini və bütün hüquqlarının bərpa edilməsini tələb edib.  /Deyerler/


Story Code: 241185

News Link :
https://www.islamtimes.org/az/news/241185/bmt-baş-katibindən-israil-rejiminə-fələstinli-məhbuslar-tələbi

Islam Times
  https://www.islamtimes.org