0
Friday 22 February 2013 - 07:00

ABŞ-ın Las Veqas şəhərinin mərkəzində törədilmiş atışmada 3 nəfər ölüb

Story Code : 241600
ABŞ-ın Las Veqas şəhərinin mərkəzində törədilmiş atışmada 3 nəfər ölüb
APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, polis açıqlamasında bildirib ki, atəşi  “Range Rover” markalı avtomobildə olan şəxslər “Maserati” markalı avtomobilinin sürücüsünü öldürmək məqsədi ilə açıb.  
 
Avtomobillər yüksək sürətlə hərəkət edib. “Maserati”nin sürücüsü yaralandıqdan sonra avtomobil, taksi daxil olmaqla, bir neçə maşınla toqquşub. Taksi qəzadan dərhal sonra alışıb və partlayıb.
 
“Maserati”nin sürücüsü aldığı yaralardan yerindəcə keçinib, “Range Rover” isə hadisə yerindən uzaqlaşıb.
Comment