QR CodeQR Code

Səudiyyəlilər Qətifdə rejim əleyhinə nümayişlər keçiriblər

Islamtimes , 22 Feb 2013 14:20

İslamtimes - İnsanlar Səudiyyə Ərəbistanın şərqində etirazçıların həbs edilməsinə qarşı etiraz əlaməti olaraq küçələr çıxıblar.


islamtimes.org/az/ - Rejim əleyhinə nümayiş çərşənbə günü Şərq Əyaltində yerləşən Qətif şəhərində təşkil edilib.

Nümayişçilər ölkəni idarə edən hakim ailəyə qarşı şüarlar səsləndirmiş və etirazçılara qarşı edilən zorakılıqları tənqid etmişdilər.

Etirazçılar deyirdilər: “Biz heç vaxt zülmü qəbul etməyəcəyik.”
2011-ci ilin fevral ayından etibarən Səudiyyə Ərəbistanın Şərq Əyalətində siyasi islahatların həyata keçirilməsi tələbi ilə xeyli nümayişlər təşkil edilib.

Hökumət əleyhinə olan etirazçılar 2011-ci ilin noyabr ayında təhlükəsizlik qüvvəllərinin nümayişçilərə zorakılıq tətbiq edərək beş nəfəri qətlə yetirməsindən və xeyli insanı da yaralamsından sonra daha da fəallaşıblar.

Aktivistlər deyirlər ki, Səudiyyə Ərəbistanın həbsxanalarında 30 mindən çox siyasi məhbus var.

2012-ci ilin oktyabr ayında Amnesty İnternational Səudiyyə hökumətinə səslənərək demokratiya yönümlü etirazçılara qarşı zorakılığa son qoymağı tələb edib.

Amnesty İnternational-ın Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə direktoru Filip Luther deyib: “Səudiyyə hökuməti məhkəmə qərarı olmadan insanların həbs edilməsinə etiraz edən dinc vətəndaşlara qarşı zorakılıq tətbiq etməyə son qoymalıdır.”

O əlavə edərək deyib: “İnsanların dinc şəkildə etiraz etmək hüquqlarına hörmət qoyulmalıdır və təhlükəsizlik qüvvəlləri etirazçılara qarşı zorakılıq tətbiq etməkdən və həbsdən çəkinməlidir.”


Story Code: 241649

News Link :
https://www.islamtimes.org/az/news/241649/səudiyyəlilər-qətifdə-rejim-əleyhinə-nümayişlər-keçiriblər

Islam Times
  https://www.islamtimes.org