0
Saturday 23 February 2013 - 07:24

Hesabat: Səudiyyə Ərəbistanı və Qətər Vaşinqtonun qlobal terror şəbəkəsini dəstəkləyir

Story Code : 241787
Hesabat: Səudiyyə Ərəbistanı və Qətər Vaşinqtonun qlobal terror şəbəkəsini dəstəkləyir
Hesabat: Səudiyyə Ərəbistanı və Qətər Vaşinqtonun qlobal terror şəbəkəsini dəstəkləyir
Islam times.org/az/ - Qətər Mali və Liviyadakı ekstrimistlərə və həmçinin Suriya hökumətinə qarşı döyüşən üsyançılara ən çox hərbi və maddi yardım edən dövlət kimi tanınır.

Fransa24 televiziya kanalında nümayiş etdirilən “Qətər şimali Malidə münaqişəni qızışdırır?” başlıqlı hesabat verlişdə Səudiyyə Ərəbistanın və Qətərin terrorizmə olan dəstəklərindən söz açılır.

Malinin şimalında yerləşən Gao şəhərinin meri Sadou Diallo deyib ki, Qərbi Afrika ölkəsində müharibə aparan Fransa hökuməti çox yaxşı bilir ki, terroristləri kim dəstəkləyir. Misal üçün, Qətər demək olar ki, hər gün Gao və Timbuktu hava limanına yardım və ərzaq göndərməyə davam edir.

Hesabatda geosiyasətçi ekspert olan Mehdi Lazara istinad edilərək deyilir: “Qətər Malidə inistitutlar şəbəkəsi yaratmış və onu maliyyələşdirir. Bura mədrəsələr, məktəblər və xeyriyyə cəmiyyətləri daxildir.”

Lazar qeyd edərək bildirib ki, Qətər ümid edir ki, onun Maliyə qoyduğu sərmayə sonda Qətərə böyük xeyir gətirəcək, çünki Malinin böyük neft və qaz yataqları var və onun inkişaf etməsinə köməyə ehtiyac var.

Qətər maddi yardımlar etməklə xoş münasibətlər qurmaq və bu münasibətlərin arxasından isə ölkənin qızıl və uran ehtiyyatını istismar etmək istəyir.

Göründüyü kimi Səudiyyə Ərəbistanı və Qətərin goesiyasi maraqları ABŞ və Avropa dövlətləri ilə sıx bağlıdır.

Bir vaxtlar Paris Qətər və Səudiyyə Ərəbistanın vasitəsilə Liviyada ekstremistləri hakimiyyətə gətirdilər.

Pakistanda ölümcül hücumlar həyata keçirən Ləşkari Cənqvi və Ləşkəri Təyyibə ABŞ-Səudiyyə terror şəbəkəsinin bir hissəsidir və Səudiyyənin maliyyələşdirdiyi əl Qaidə ilə sıx əlaqələri mövcuddur.

Stanford Universitetinin açıqladığı digər bir hesabatda isə bildirilir ki, Ləşkəri Cənqvi döyüşçüləri Səudiyyə Ərəbistanından və Birləşmiş Ərəb Əmirliyindən dəstək alırlar.

Ancaq heç bir sübut Vaşinqtonun global terroristlərin dəstəkçiləri ilə siyasi, iqtisadi və hərbi əməkdaşlıq etməsinin qarşısını ala bilmədi.
Source : Islamtimes
Comment