0
Saturday 23 February 2013 - 07:43

Roma papası biabırçılıqlar haqqında öyrəndikdən sonra istefa Verdi

Story Code : 241789
Roma papası biabırçılıqlar haqqında öyrəndikdən sonra istefa Verdi
Roma papası biabırçılıqlar haqqında öyrəndikdən sonra istefa Verdi
Islam times.org/az/ - 11 Fevralda xristianların mənəvi lideri olan papa XVI Benedikt deyib ki, o artıq yaşlılıq səbəbindən öz vəzifəsini icra edə bilmədiyi üçün 28 fevral saat 19:00-da öz vəzifəsini tərk edəcək.

İtaliyaya məxsus la Republika qəzetinin anonim mənbəyə istinad edərək verdiyi məlumatda deyilir ki, papaya Vatikan daxilində cərəyan edən şantaj, rüşvət və həmcinslərin cinsi münasibətləri haqqında məlumat verildikdən sonra o öz vəzifəsini tərk etməyə qərar verib.

Məlumatda bildirilir ki, Vatikanın sabiq kəşfiyyat rəisi və digər iki nəfər də daxil olmaqla üç kardinala Vatikanda cərəyan edən və “Vatileaks” kimi tanınan hadisələri araşdırılması və məlumat verilməsi tapşırılır.

Mənbənin bildirdiyinə əsasən 2012-ci il 17 dekabrda kardinallar Müqəddəs Məbəddə əxlaqsızlıq və yaramazlığın dəqiq xəritəsinin bəyan edən 300 səhifədən ibarət öz araşdırmalarının nəticələrini papaya təqdim etdilər.

Məlumatda deyilir: “Məhz həmin gün idi ki, papa öz vəzifəsindən getmək haqqında qərar qəbul etdi.”

Vatileaks 2013-cü ilin yanvar ayında Müqəddəs Məbədin bir neçə sənədinin mətbuatın əlinə düşməsindən sonra başladı və bu xalq arasında böyük narazılığa və səsküyə səbəb oldu.

Bu hadisədən sonra italiyalı jurnalist Gianluigi Nuzzinin yazdığı “Onun Müqəddəsliyi” kitabı məsələni daha da qızışdırdı.

Kitabda papa və onun şəxsi katibi arasında olan və Vatikanda gedən hakimiyyət çəkişmələrini nümayiş etdiən məktublar dərc edildi.
Source : Islamtimes
Comment