QR CodeQR Code

Ermənistanda inqilab olsa hakimiyyətə azərbaycanlı gələcək?!

HaqqYolu , 23 Feb 2013 08:27

IslamTimes - Ermənistanda inqilab nəyi dəyişir!..


Ermənistan prezidentliyinə keçmiş namizəd, «İrs» partiyasının lideri Raffi Ovanisyan İrəvandakı mitinqdə çıxış edərkən ölkədə inqilabın başladığını bəyan edib. Bu barədə APA «Novosti-Armeniya»ya istinadən məlumat verir.
Seçkilərin elan olunmuş nəticələrini tanımaqdan imtina edən Ovanisyan sabah Aştarak, Vanadzor, Gümrü və Spitak şəhərlərində mitinq keçirmək fikrindədir. Fevralın 24-də onun tərəfdarları İrəvanda toplaşacaqlar.
Ovanisyan aksiyaların dinc xarakter daşıyacağını iddia edib. Eyni zamanda o xəbərdar edib ki, əgər «əgər aksiyalar güc tətbiqi ilə dağıdılsa, günahkarlar xalq qarşısında cavab verəcəklər».
Ovanisyanın tərəfdarlarından biri olan Stepan Səfəryan gözlənilən inqilabı «salamlaşma inqilabı» adlandırıb. «Cəmiyyət apatiyadan çıxır və inqilab hər kəsin qapısını döyərək salamlaşır», deyə o bildirib. Ovanisyanın cəbhəsində həmçinin inqilaba «ərik inqilabı» adı da verilib.
 
P.S. Bu xəbərə sevinən də var. Guya Ermənistanda inqilab olsa hakimiyyətə azərbaycanlı gələcək!..


Story Code: 241797

News Link :
https://www.islamtimes.org/az/news/241797/ermənistanda-inqilab-olsa-hakimiyyətə-azərbaycanlı-gələcək

Islam Times
  https://www.islamtimes.org