0
Saturday 23 February 2013 - 08:31

Panetta Almaniya müdafiə nazirinin sözlərini təkzib etdi

Story Code : 241798
Panetta Almaniya müdafiə nazirinin sözlərini təkzib etdi
ABŞ müdafiə naziri alman həmkarının 2014-cü ildən sonra Birləşmiş Ştatların Əfqanıstanda 8-12 min nəfər hərbçi saxlayacaqları barədə sözlərini təkzib edib.
 
«Bu məlumat doğru deyil. Biz yalnız Əfqanıstandakı NATO hərbçilərinin taleyi barədə müzakirələr aparmışıq», deyə Panetta, bildirib.
 
Pentaqonun mətbuat katibi Corc Litl isə NATO-nun 2014-cü ildən sonra Əfqanıstanda 12 minədək hərbçi saxlaya biləcəyini təsdiqləyib.
 
Litl NATO müdafiə nazirlərinin Əfqanıstanda 8-12 min nəfər hərbçi saxlamaq məsələsini müzakirə etdiklərini, lakin yekun qərarına qəbul olunmadığını bildirib.
 
Bu gün Almaniyanın müdafiə naziri Tomas de Mezyer ABŞ-ın 2014-cü ildən sonra Əfqanıstanda 8-12 min hərbçi saxlamaq niyyətinin olduğunu bəyan edib.
 
Hazırda Əfqanıstanda 66 minədək amerikalı hərbçi var.
Comment