QR CodeQR Code

Panetta Almaniya müdafiə nazirinin sözlərini təkzib etdi

23 Feb 2013 08:31

IslamTimes - Panetta: 2014-cü ildən sonra Əfqanıstandakı ABŞ qoşunlarının taleyi barədə qərar qəbul edilməyib.


ABŞ müdafiə naziri alman həmkarının 2014-cü ildən sonra Birləşmiş Ştatların Əfqanıstanda 8-12 min nəfər hərbçi saxlayacaqları barədə sözlərini təkzib edib.
 
«Bu məlumat doğru deyil. Biz yalnız Əfqanıstandakı NATO hərbçilərinin taleyi barədə müzakirələr aparmışıq», deyə Panetta, bildirib.
 
Pentaqonun mətbuat katibi Corc Litl isə NATO-nun 2014-cü ildən sonra Əfqanıstanda 12 minədək hərbçi saxlaya biləcəyini təsdiqləyib.
 
Litl NATO müdafiə nazirlərinin Əfqanıstanda 8-12 min nəfər hərbçi saxlamaq məsələsini müzakirə etdiklərini, lakin yekun qərarına qəbul olunmadığını bildirib.
 
Bu gün Almaniyanın müdafiə naziri Tomas de Mezyer ABŞ-ın 2014-cü ildən sonra Əfqanıstanda 8-12 min hərbçi saxlamaq niyyətinin olduğunu bəyan edib.
 
Hazırda Əfqanıstanda 66 minədək amerikalı hərbçi var.


Story Code: 241798

News Link :
https://www.islamtimes.org/az/news/241798/panetta-almaniya-müdafiə-nazirinin-sözlərini-təkzib-etdi

Islam Times
  https://www.islamtimes.org