0
Wednesday 21 April 2010 - 13:39
İlham Əliyevdən Şimon Peresə təbrik :

Azərbaycan Respublikası prezidenti İlham Əliyev işğalçı İsrail prezidenti Şimon Peresə təbrik ünvanlayaraq, “Milli bayram – Müstəqillik günü” münasibətilə onu və İsrail xalqını öz adından və Azərbaycan xalqı adından tə

Story Code : 24184
Azərbaycan Respublikası prezidenti İlham Əliyev işğalçı İsrail prezidenti Şimon Peresə təbrik ünvanlayaraq, “Milli bayram – Müstəqillik günü” münasibətilə onu və İsrail xalqını öz adından və Azərbaycan xalqı adından tə
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev işğalçı İsrail prezidenti Şimon Peresə təbrik ünvanlayaraq, “Milli bayram – Müstəqillik günü” münasibətilə onu və İsrail xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edib.
Prezident İlham Əliyev Azərbaycan-İsrail münasibətlərinin inkişafı, dostluq və əməkdaşlığın möhkəmlənməsinin bundan sonra da “xalqlarının mənafelərinə xidmət edəcəyinə” ümidvar olduğunu vurğulayıb. O, həmçinin bunları qeyd edib: “Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”.
Xatırladaq ki, BMT Baş Məclisinin Fələstinin bölünməsi haqqındakı 1947 il 29 noyabr tarixli qərarı ilə Fələstin ərazisində qarşılıqlı anlaşma ilə iki dövlətin - ərəb və yəhudi dövlətlərinin yaradılması nəzərdə tutulurdu. 1948-ci ildə sionistlər Fələstində - müsəlman ərəb əhalisinə məxsus ərazilərdə İsrail dövlətini elan edirlər və yerli əhalini bu ərazilərdən çıxarmağa başlayırlar. Dövlət elan olunan zaman sahəsi yəhudilər üçün müəyyən olunmuş sərhədlər daxilində 14,1 min km2 , 1948-49-cu illərdə ərəb ərazilərinə təcavüz nəticəsində işğal edilmiş ərazi ilə birlikdə 20,7 min km2 olmuşdur. Beləliklə, İsrail adlı dövlət yarandığı gündən öz varlığını təcavüzkarlıq siyasəti üzərində qurmuşdur. İsrail 1967-ci ildə ABŞ və digər Qərb müttəfiqlərinin güclü dəstəyi ilə silahlı təcavüz nəticəsində ərəb dövlətlərinə məxsus ərazini, o cümlədən bütövlükdə Fələstini (sahəsi 68,7 min km2-dən çox) zəbt etmiş və indiyədək qanunsuz olaraq həmin torpaqların xeyli hissəsini öz əlində saxlayır. İsrailin hökumət və rəsmi idarələri BMT-nin 1947-ci il 29 noyabr tarixli qərarına zidd olaraq 1950-ci ildə ölkənin paytaxtı elan edilmiş Qüds şəhərində yerləşir. Hazırda İsrailin “Milli bayram – Müstəqillik günü” hesab etdiyi gün İslam dünyası tərəfindən müsəlman ərazilərinin – Fələstinin işğalı günü kimi qəbul edilir.
Source : arannews
Comment