0
Saturday 23 February 2013 - 17:53

İranda yeni hərbi təlim keçirilir

Story Code : 241968
İranda yeni hərbi təlim keçirilir
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, “Uca Peyğəmbər - 8” adlanan təlim üç gün davam edəcək.

Təlimdə İran İslam İnqilabı Keşikçilər Korpusunun (“SEPAH”) Quru Qoşunları və Hava-Kosmik Qüvvələri iştirak edir. Təlim Bəndər Abbas yaxınlığındakı Zərənd və Sircan bölgələrində keçirilir. Təlimə “SEPAH”ın baş komandanı, general-mayor Məhəmməd Əli Cəfəri, “SEPAH”ın Quru Qoşunlarının komandanı, general Məhəmməd Pakpur, “SEPAH”ın Hava-Kosmik Qüvvələrinin komandanı və digər yüksək rütbəli hərbçilər qatılıblar.
Comment