0
Wednesday 21 April 2010 - 20:16
Həzrət Ayətullahil Üzma Xameni :

İran xalqının əsas əzəməti onun imanından mənşə alır

Story Code : 24199
İran xalqının əsas əzəməti onun imanından mənşə alır
İslam İnqilabının Böyük Rəhbəri ABŞ-ın İranı açıq aşkar atom ilə hədələməni Amerikanın siyasi tarixində qara bir ləkə adlandırıblar.
Həzrət Ayətullahil Üzma Xameni çərşənbə günü Həzrət Zeynəbin (s.ə) səadətli viladəti günü münasibəti ilə tibb bacılarını qəbulu zamanı vurğulayıblar: ABŞ-ın belə hədələri, pərdə arxasında sülhsevərlik və humanist fikirləri, həmçinin atom qanunları konvensiyaları haqda iddiaları, xüsusilə də dostluq əlini İran xalqına sarı necə uzatması aşkara çıxdı. Nüvə qüdrətinə malik ölkələr xüsusilə də ABŞ dünyanı istila altına almaq üçün nüvə enerjisindən istifadə etməyi qarşıya məqsəd qoyublar deyən rəhbər xatırladıb: Nüvə potensialı olan bütün ölkələr nüvə silahları ilə bağlı beynəlxalq qanunlara riayət etmirlər Bununla belə, nüvə enerjisindən sülhsevər hədəflərə xidmət istiqamətində istifadə etmək istəyən digər ölkələri beynəlxalq qanunlara riayət etməməkdə ittihamlandırırlar.
"İran xalqı qüdrətinin hərbi silahlarla bu müsəlman ölkəsi və xalqın qüdrəti məhz imandan mənşə alır" deyərək İslam İnqilabının Böyük Rəhbəri buyurublar: İran kütləvi qırığın silahından istifadə etmək istəmir.
Lakin belə bir hədələrə də təslim olmayacaq. Böyük İnqilab Rəhbəri önəmli bəyanatlarının digər hissəsində Həzrət Zeynəbin (s.ə) tarix boyunca bəşər ictimaiyyəti və İran xalqı xüsusilə də müsəlman qadınlar üçün bir örnək olduğuna işarə edərək deyiblər: Həzrət Zeynəb(s.ə) imanı, izzəti, nəcibliyi həyası və hicabı ilə xanımların həqiqi məqamını bəyan ediblər. Həzrət Ayətullahil Üzma Xamenei Qərb dövlətlərinin qadın şəxsiyyətinin təqdimi metoduna işarə edərək deyiblər: Qərb dünyası qadının əzəmətini mətanət və hicabının kənara qoyulması ilə mümkün olduğunu deməyə çalışır. Halbuki bu qadın şəxsiyyəti alçalıdır.
Comment