0
Sunday 24 February 2013 - 07:35

ABŞ səfiri icra başçıları ilə görüşüb?

Story Code : 242102
ABŞ səfiri icra başçıları ilə görüşüb?
Səfərin məqsədi mərkəz və qərb reqionların əhalisi ilə görüşmək, orada mövcüd olan ABŞ-Azərbaycan əməkdaşlığı ilə tanış olmaq və bu əməkdaşlığa öz dəstəyini göstərməkdir.
 
Səfirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfər zamanı Morninqstar Kürdəmir, Gəncə və Mingəçevirin İcra Hakimiyyətlərinin başçıları İrshad Əliyev, Elmar Vəliyev və Niyazi Bayramovla görüşüb, regionlarda iqtisadi, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində gedən inkişafı müzakirə ediblər.
 
Cənab Səfir Azərbaycanlı tərəfdaşlarla yerli layihələrdə birgə çalışan Amerika Sülh Korpusunun könüllüləri ilə görüşüb. Morninqstar, həmçinin, Kürdəmir və Gəncə şəhərlərində yerləşən Amerika Mərkəzlərinin fəaliyyəti ilə tanış olub, yerli gənclərə ABŞ-Azərbaycan əlaqələri barədə məruzə edib. O həmçinin Gəncə Aqrar Universiteti, Ziyalı Vətəndaş Mərkəzi və GTM Gənclər Mərkəzlərinə də baş çəkib.
Comment