QR CodeQR Code

ABŞ səfiri icra başçıları ilə görüşüb?

24 Feb 2013 07:35

IslamTimes - Ağ Ev Azərbaycanda inqilaba hazırlaşır. Fevralın 21-23-ü tarixində ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Kürdəmir, Gəncə və Mingəçevirə səfər edib.


Səfərin məqsədi mərkəz və qərb reqionların əhalisi ilə görüşmək, orada mövcüd olan ABŞ-Azərbaycan əməkdaşlığı ilə tanış olmaq və bu əməkdaşlığa öz dəstəyini göstərməkdir.
 
Səfirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfər zamanı Morninqstar Kürdəmir, Gəncə və Mingəçevirin İcra Hakimiyyətlərinin başçıları İrshad Əliyev, Elmar Vəliyev və Niyazi Bayramovla görüşüb, regionlarda iqtisadi, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində gedən inkişafı müzakirə ediblər.
 
Cənab Səfir Azərbaycanlı tərəfdaşlarla yerli layihələrdə birgə çalışan Amerika Sülh Korpusunun könüllüləri ilə görüşüb. Morninqstar, həmçinin, Kürdəmir və Gəncə şəhərlərində yerləşən Amerika Mərkəzlərinin fəaliyyəti ilə tanış olub, yerli gənclərə ABŞ-Azərbaycan əlaqələri barədə məruzə edib. O həmçinin Gəncə Aqrar Universiteti, Ziyalı Vətəndaş Mərkəzi və GTM Gənclər Mərkəzlərinə də baş çəkib.


Story Code: 242102

News Link :
https://www.islamtimes.org/az/news/242102/abş-səfiri-icra-başçıları-ilə-görüşüb

Islam Times
  https://www.islamtimes.org